Estoniya rus dilində təhsilin maliyyələşdirilməsini dayandıracaq

Dünya

16.01.2024 - 15:54

cedabet dərman SEO Xidməti

Baş nazir: “Ölkə uşaqların ruslaşdırılmasına qarşı mübarizə aparmalıdır”

Estoniya hökuməti milli azlıqlar üçün rus dilində təhsil proqramlarının maliyyələşdirilməsini dayandırmaq və vahid eston dilli məktəb sisteminə keçmək niyyətindədir. AYNA “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kaya Kallas bildirib.

“Konstitusiyada deyilir: Estoniyanın rəsmi dili eston dilidir və hər kəsin eston dilində təhsil almaq hüququ var. Hökumət rusdilli təhsilin maliyyələşdirilməsini dayandırmaq və vahid eston dilində təhsilə keçmək niyyətindədir”, - Kallas bildirib.

Baş nazir hesab edir ki, ölkə uşaqların ruslaşdırılmasına qarşı mübarizə aparmalıdır və bütün estoniyalılardan dövlət dilində danışmaq tələb olunur: “Rusdilli təhsilin mövcudluğu respublika üçün böyük problemə çevrilib. İkidilli sistemdən imtinanın əvvəllər baş vermədiyinə təəssüflənirəm”.

Qeyd edək ki, Litvada da rus dilində təhsil müəssisələrinin bağlanmasına qərar verilib. Ölkənin təhsil naziri Gintautas Jakstas əmindir ki, rus azlıqları üçün məktəblər olmasa, uşaqların Litva cəmiyyətinə inteqrasiyası daha asan olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş