Estoniya əməkçi miqrantlarla bağlı qanunu yumşaldır

Dünya

04.02.2022 - 17:03

Həkimlər Klinikalar SEO Xidməti

Hökumət əcnəbi mütəxəssislərin ölkəyə gəlişi şərtlərinin sadələşdirilməsinə razılıq verib

Avropa İttifaqı hüdudlarından kənarda yaşayan yüksək ixtisaslı mütəxəssislərin Estoniyaya daxil olması asanlaşdırılır. AYNA xarici mediaya istinadən bildirir ki, hökumət əcnəbi mütəxəssislər üçün əmək miqrasiyası qaydalarını sadələşdirəcək. 

Hökumətin qərarı aşağıdakı kimidir: 

Birincisi, Estoniya şirkətləri əmək haqqı tələblərini azaldacaqlar - onlardan əcnəbi işçiyə respublika üzrə orta əməkhaqqından iki dəfə deyil, cəmi bir dəfə yarım yüksək məbləğdə ödəniş tələb olunacaq. 

İkincisi, xarici mütəxəssislərin ölkədə müvəqqəti qalma müddəti bir ildən üç ilədək artırılacaq. 

Üçüncüsü, sürətlə inkişaf edən texnologiya şirkətləri tərəfindən əcnəbiləri cəlb etmək üçün şərtlər asanlaşdırılacaq.

Hökumət bu addımın sadələşdirilməsini ölkə iqtisadiyyatının stimullaşdırılması zərurəti ilə əsaslandırır. Müvafiq nazirliklər lazımi tədbirlər barədə razılığa gəliblər. İndi hökumətin bu təkliflərinə Estoniya Parlamentinin Konstitusiya komissiyasında baxılacaq. 

İqtisadiyyat Nazirliyinin sözçüsü Laura Laaster deyib ki, məqsəd qanunun 2023-cü ildə qüvvəyə minməsidir.

Estoniyada əmək qabiliyyətli əhalinin sayının azalması səbəbindən iqtisadiyyatın bir çox sahələrində kadr çatışmazlığı müşahidə olunur. İşçi qüvvəsinə ən çox ehtiyac İT sektorundadır. Qeyd edilir ki, burada kifayət qədər proqram təminatçıları və proqramçılar yoxdur. Hökumət hesablayıb ki, miqrasiya qaydalarının sadələşdirilməsi 12 min əlavə iş yerinin açılmasına səbəb olacaq.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş