Ölüm səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub
Əsgər Əli İbrahimlinin ölümü ilə bağlı cinayət işi başlanılıb
Əsgərin ölüm faktı üzrə cinayət işi başlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Hərbi Prokurorluqdan bildirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan verilən məlumata əsasən, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İbrahimli Əli Ramin oğlunun 05.10.2025-ci il tarixdə ölüm faktı əsasında hərbi prokurorluğun əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib, ölüm səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilib.
Faktla bağlı HP-da cinayət işi başlanmış, hazırda istintaq davam etdirilir.