Baş nazir: “Seçkinin iyunun 20-də keçirilməsi nəzərdə tutulub”
Ermənistanda növbədənkənar parlament seçkisi keçiriləcək. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan məlumat verib.
Baş nazir “Facebook”da yazıb ki, iyunun 20-də növbədənkənar parlament seçkinin keçirilməsi nəzərdə tutulub.
“Müxalifət lideri Qaqik Tsarukyanla görüşdüm. Ölkəni hazırkı siyasi böhrandan çıxarmağın ən yaxşı yolunun erkən seçkilərə getmək olduğu qənaətinə gəldik. Prezidentlə, “Mənim addımım” Partiyasının səlahiyyətliləri və “Çiçəklənən Ermənistan” Partiyasının liderləri ilə müzakirələrimdən sonra yekun qərar verdik ki, erkən parlament seçkisi bu il iyunun 20-də keçirilsin”, - Paşinyan vurğulayıb.