Ermənistan Su-30 qırıcılarının modernləşdirilməsində Hindistandan dəstək gözləyir

Dünya

15.09.2024 - 21:48

Həkimlər Klinikalar SEO Xidməti

Su-30-un modernləşdirilməsinə avionika, elektron döyüş sistemləri və silahlar daxildir

Ermənistan Rusiyanın Su-30 qırıcıları donanmasını təkmilləşdirməkdə Hindistanın köməyinə ümid edir.  AYNA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə “Hindustan Times” yüksək vəzifəli məmurlara istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Ermənistanın ümid bəslədiyi Su-30-un modernləşdirilməsinə avionika, elektron döyüş sistemləri və silahlar daxildir.

Ermənistan Silahlı Qüvvələrinin Aviasiya İdarəsinin rəisi Hovhannes Vardanyan mətbuata müsahibəsində deyib: “Biz Su-30 qırıcılarımızı “Hindustan Aeronautics Limited” şirkətinin köməyi ilə modernləşdirmə imkanını nəzərdən keçiririk, çünki onun bu sahədə böyük təcrübəsi var”.

Vardanyan bildirib ki, o, Hindistanın müdafiə sənayesi imkanlarını dünyanın 28 ölkəsindən olan hava qüvvələri rəsmilərinə nümayiş etdirmək məqsədi daşıyan “Codhpur” aviabazasında təşkil edilən Beynəlxalq Müdafiə Aviasiyası “Ekspozisiya 2024” təlimində Müdafiə Qərargah rəisi general Anil Çauhan ilə mümkün əməkdaşlıq sahələrini müzakirə edib.

Hindistanın yüksək rütbəli rəsmisi Ermənistanın Su-30-un modernləşdirilməsində maraqlı olduğunu təsdiqləyib. O, həqiqətən də bununla bağlı söhbətin olduğunu, lakin bunun ilkin mərhələdə olduğunu qeyd edərək, Ermənistanın idarə etdiyi Su-30 ilə Hindistan Silahlı Qüvvələrindəki Su-30 MKI arasındakı fərqi də vurğulayıb.

Eyni zamanda, mənbə vurğulayıb ki, bununla yanaşı, regiondakı çətin vəziyyət, Hindistanın uzunmüddətli və etibarlı müdafiə tərəfdaşı olan Rusiyanın Azərbaycanla yaxınlaşması da nəzərə alınmalıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş