Ermənistan qərargah rəisini də istefaya göndərib

Dünya

27.10.2020 - 22:53

Həkimlər Klinikalar SEO Xidməti

Onun hansı səbəbdən istefaya göndərildiyi açıqlanmır

 

Ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı gedən hərbi əməliyyatlarda ard-arda məğlub olan Ermənistan hökuməti daha bir yüksək vəzifəli şəxsi istefaya göndərib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Baş Qərargah rəisi Qaqik Tevosyan vəzifəsindən azad edilib. 

 

AYNA xəbər verir ki, bu barədə Ermənistan MTX-nin mətbuat xidməti məlumat yayıb. Onun hansı səbəbdən istefaya göndərildiyi açıqlanmır. Tevosyanın yerinə Ermənistan MTX-nin Baş Qərargah komandirinin birinci müavini, polkovnik Arman Qasparyan təyin olunub. 

 

Xatırladaq ki, bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəisi, general-mayor Ovannes Karumyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan tutduqları vəzifədən azad olunublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş