Ermənistan parlamentinin bugünkü iclasında dava düşüb - <font color=red> VİDEO</font>

Dünya

26.11.2020 - 23:54

Zalda gərginlik yaranıb, deputatlar bir-birinin üstünə gedib

Ermənistan parlamentinin bugünkü iclasında dava düşüb.

 

AYNA “Sputnik”ə istinadən xəbər verir ki, hadisə “Mənim addımım” fraksiyasının deputatı Amazasp Danielyanın çıxışı zamanı olub.

 

Danielyan “Çiçəklənən Ermənistan” Partiyasının deputatı Mikael Melkumyanın “nəvələrimizə müharibədə məğlub olduğumuzu necə başa salaq?” sualına kobud cavab verib.
Bundan sonra zalda gərginlik yaranıb, deputatlar bir-birinin üstünə gedib.

 

Zala mühafizəçilərin çağırılması ilə gərginlik aradan qalxıb.

Müəllif: Ayna.az