“Bəli, biz KTMT-yə imtina ilə bağlı müvafiq təklif göndərmişik”
Ermənistan tərəfi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavini vəzifəsindən imtina edib. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.
Qeyd edək ki, KTMT-də üzv dövlətlərin hər birinə qurumun baş katibinin müavini vəzifəsi kvotası ayrılıb.
“Bəli, biz KTMT-yə imtina ilə bağlı müvafiq təklif göndərmişik”, - Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan deyib.