Ermənistan ABŞ-la “Tramp marşrutu” barədə danışıqlar aparacaq

Dünya

09.09.2025 - 14:03

““Tramp marşrutu”nun həyata keçirilməsi ilə bağlı danışıqlar planlaşdırılır”

Ermənistan yaxın gələcəkdə Amerika tərəfi ilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu” layihəsinin [Avropanı Cənubi Qafqazdan keçməklə Mərkəzi Asiya ilə birləşdirən Zəngəzur dəhlizinin bir hissəsi olan TRIPP] həyata keçirilməsinə dair danışıqlar aparmağı planlaşdırır.

AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.

 “Yaxın gələcəkdə Amerika tərəfi ilə danışıqlar, o cümlədən “Tramp marşrutu”nun həyata keçirilməsi ilə bağlı danışıqlar planlaşdırılır”, - qeyd edib.

Nazirlik rəsmisinin sözlərinə görə, “amerikalı tərəfdaşların İrəvana səfəri və aparılan müzakirələr barədə məlumat vaxtında veriləcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş