Ermənilər İrəvan-Armavir avtomobil yoluni bağlayıblar

Dünya

29.04.2024 - 15:19

Etirazçılar “Nikol satqındır”, “Nikol qatildir” deyə qışqırırlar

Ermənistanın Armavir vilayətinin regional mərkəzi olan Armavir şəhərinin sakinləri aprelin 29-da səhər saatlarında Azərbaycanla dövlət sərhədinin delimitasiyasına etiraz ediblər. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.

Qeyd olunub ki, hazırda İrəvan-Armavir avtomobil yolu bağlanıb. Etirazçılara Ermənistan blokundan olan parlament üzvləri Qeqam Manukyan və Mher Sahakyan da qoşulub.

Hadisə yerinə polis qüvvələri gəlib. Hüquq-mühafizə orqanları yolun açılmasını tələb edirlər.

Etirazçılar “Nikol satqındır”, “Nikol qatildir” deyə qışqırırlar.

Müəllif: Ayna.az