Baş nazirin Yeni il gecəsi istefasını elan edəcəyi bildirilir
Ermənistanın Baş naziri Nikol Paşinyanıb 31 dekabrda istefa verdiyini elan edəcəyi bildirilir. AYNA xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
“Paşinyan istefasını və erkən parlament seçkilərinin keçiriləcəyini 31 dekabrda xalqa Yeni il müraciəti zamanı elan edəcək”, - nəşr iddia edir.
Qəzetin yazdığına görə, Ermənistan Seçki Məcəlləsinin islahatı prosesi sürətləndirilib.