Ərdoğan və Paşinyan “Türk Evi”ndə Azərbaycanla sülh müqaviləsini müzakirə edib - FOTO

Xəbərlər

25.09.2024 - 01:12

cedabet dərman SEO Xidməti

Ərdoğan sülhün bərqərar olmasına tərəfdar olduğunu bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərindəki “Türk Evi”ndə Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.

AYNA xəbər verir ki, görüşdə iki ölkənin münasibətlərində normallaşma, Ermənistanla Azərbaycan arasında sülh prosesləri müzakirə edilib.

Prezident Ərdoğan Türkiyənin yeni dövrdə Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına tərəfdar olduğunu və bunun üçün səylərin davam etdiyini bildirib.

Türkiyə lideri Ankara ilə İrəvanın ilkin şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlər əldə etdiyini ifadə edərək, dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş