Ərdoğanla Putin telefonda danışıblar

Dünya

18.11.2022 - 16:19

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

AYNA türk mediasına istinadən xəbər verir ki, Ərdoğan Putinin Türkiyə ərazisində “təbii qaz mərkəzi”nin yaradılması təklifi barədə ortaq hədəflərə çatmaq üçün nümayəndə heyətlərinin tezliklə texniki, hüquqi və ticari dəyərləndirmə həyata keçirəcəyini söyləyib.

Rusiya və ABŞ kəşfiyyat rəhbərlərinin Türkiyədə bir araya gəlməsini nəzarətsiz gərginliyin qarşısına keçməkdə açar rolu olduğunu bildirən Prezident Ərdoğan Rusiya-Ukrayna savaşının uzanmasının riskləri artıracağını, bu səbəbdən də diplomatik görüşləri canlandırmağın vacibliyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş