Prezidentlər bir neçə məsələni müzakirə ediblər
Martın 8-də Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə rəsmi səfəri çərçivəsində İstanbula gəlib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Türkiyə Prezidenti Administrasiyasından görüşlə bağlı verilən açıqlamaya görə, tərəflər arasında Ukraynada davam edən müharibənin gedişi, “Taxıl sazişi”nin davam etdirilməsi ilə bağlı son vəziyyət, bölgədə daimi sülh axtarışları ətraflı müzakirə olunub.
Prezidentlər Türkiyə və Ukrayna münasibətləri barədə də fikir mübadiləsi aparıblar.