Ərdoğan və Putin Yaxın Şərqdəki durumu müzakirə edib

Dünya

24.10.2023 - 20:29

cedabet dərman SEO Xidməti

Türkiyə Prezidenti: "Qərbin sükutu Qəzza zolağında görünməmiş humanitar böhrana səbəb olub"

Oktyabrın 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Dövlət başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

R.T.Ərdoğan və V.Putin həmçinin Yaxın Şərqdəki durum barədə danışıblar.

Türkiyə Prezidenti bildirib ki, Qərbin sükutu Qəzza zolağında görünməmiş humanitar böhrana səbəb olub.

Onun sözlərinə görə, Ankara Yaxın Şərqdə sabitliyin təmin edilməsi üçün səylərini davam etdirmək niyyətindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş