Ərdoğan Ukraynaya gedir

Dünya

02.02.2020 - 18:43

Həkimlər Klinikalar SEO Xidməti

Ərdoğan Kiyevdə Zelenski ilə yeni əməkdaşlıq imkanlarını müzakirə edəcək

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Ukraynaya rəsmi səfər edəcək.

 

AYNA-nın “Report”a istinadən məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

 

Bildirilir ki, Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə birlikdə Ukrayna ilə Türkiyə arasında Yüksək Səviyyəli Strateji Şuranın VIII iclasında iştirak edəcək. 

 

Şuranın nazirlərin iştirakı ilə Kiyevdə keçiriləcək iclasında bütün ikitərəfli və regional məsələlərə baxılacaq. Danışıqların gedişatında həmçinin krım tatarlarının vəziyyəti müzakirə ediləcək.

 

Səfər çərçivəsində eləcə də Ukrayna ilə strateji əməkdaşlıq əlaqələrinin dərinləşməsinə yönəldilən tərəfdaşlığın yeni imkanları nəzərdən keçiriləcək.

 

Həmçinin bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Vadimir Zelenski ilə birlikdə Türkiyə - Ukrayna sahibkarlarının biznes forumunda bir araya gələcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş