“Tərəflərdən sülhlə bağlı istək bildiriləcəyi təqdirdə biz öz töhfəmizi verməyə hazırıq”
“Yaxın gələcəkdə Ukraynada sülhün əldə olunması perspektivi yoxdur”. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Tərəflərdən sülhlə bağlı istək bildiriləcəyi təqdirdə biz öz töhfəmizi verməyə hazırıq. Biz həmçinin əsirlərin mübadiləsi və Zaporojye Atom Elektrik Stansiyası kimi məsələlərdə vasitəçilik rolunu oynamağa davam edəcəyik. Ümid edirik ki, iki qonşumuza və regionumuza ziyan vuran bu müharibə beynəlxalq hüquqa əsaslanan ədalətli və davamlı sülhlə mümkün qədər tez başa çatacaq”, - Türkiyə lideri Soçidən qayıtdıqdan sonra təyyarədə jurnalistlərə bildirib.
Qeyd edək ki, sentyabrın 4-də Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb.