Ərdoğan seçicilərinə müraciət edib

Dünya

27.05.2023 - 13:48

Ərdoğan: ""Səslərimizlə "Türkiyə yüz ili"ni başladaq"

Türkiyə Prezidenti, “Cümhur İttifaqı”ndan prezidentliyə namizəd, hakim AK Parti (Ədalət və İnkişaf Partiyası) sədri Rəcəb Tayyib Ərdoğan seçicilərinə müraciət edib.

AYNA xəbər verir ki, o bu barədə tviterdə yazıb.

“Millətimin hər bir fərdinə səslənirəm: Sənsiz olmaz! Sabah, Böyük Türkiyə səfəri üçün seçki məntəqələrinə birlikdə gedək. Mayın 14-də parlament seçkilərində özünü göstərən iradəni bu dəfə daha güclü formada, prezident seçkilərində nümayiş etdirək. Səslərimizlə “Türkiyə yüz ili”ni başladaq”.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.

Müəllif: Ayna.az