Ərdoğan Nazirlər Kabinetini toplayır

Dünya

05.09.2023 - 13:09

cedabet dərman SEO Xidməti

Türkiyə Prezidenti Putinlə danışıqların nəticələrini ilə müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiya lideri Vladimir Putinlə danışıqların nəticəsini müzakirə etmək üçün hökumətin iclasını keçirəcək. AYNA xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisindəki mənbə bildirib.

“Hökumətin iclası sentyabrın 5-nə təyin edilib. Ona ənənəvi olaraq Prezident Ərdoğan sədrlik edəcək. Xarici siyasət gündəminin əsas mövzuları arasında Soçi danışıqlarının nəticələri olacaq. Eləcə də Prezidentin qarşıdakı səfərləri müzakirə ediləcək. Bu, Hindistanda keçirilən G20 sammiti və BMT Baş Assambleyası üçün ABŞ-a səfərdir”, - mənbə bildirib.

Gündəliyin qalan hissəsi ölkənin iqtisadi vəziyyəti ilə bağlı olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş