Ərdoğan koronavirusa yoluxub

Dünya

05.02.2022 - 17:11

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə Prezidenti: "İşlərimizə evdə davam edəcəyik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa yoluxub. AYNA xəbər verir ki, bunu dövlət başçısı "Twitter"də yazıb.

R.T.Ərdoğanda koronavirusun “Omikron” ştamı aşkarlanıb.

“Bu gün yüngül əlamətlərindən dolayı həyat yoldaşımla birlikdə verdiyimiz COVID-19 testimizin nəticəsi müsbət çıxıb. “Omikron” variantı olan xəstəliyi, həmd olsun, yüngül keçiririk. Vəzifəmizin başındayıq. İşlərimizə evdə davam edəcəyik. Dualarınızı gözləyirik”, - Prezident bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş