Sabahın hava proqnozu

Xəbərlər

22.06.2026 - 17:40

Dağlıq və dağətəyi rayonlarda qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

İyunun 23-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 60-65 %, gündüz 45-50% təşkil edəcək.

Rayonlarda bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 21-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-28° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş