Ərdoğan İbrahim Kalını Türkiyə kəşfiyyatının rəhbəri təyin edib

Dünya

05.06.2023 - 22:49

İbrahim Kalına yeni vəzifə verilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İbrahim Kalını Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri vəzifəsinə təyin edib.

AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, Kalın indiyədək Türkiyə Prezidentinin sözçüsü olub. MİT rəhbəri vəzifəsini isə bundan əvvəl Hakan Fidan yerinə yetirib.

Müəllif: Ayna.az