İranın Xarici işlər naziri sabah Türkiyəyə səfər edəcək
İranın xarici işlər naziri Abbas Əraqçi sabah Türkiyəyə səfər edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qeyd olunub ki, səfər çərçivəsində Türkiyə ilə İranın XİN başçıları Hakan Fidan və Abbas Əraqçi arasında keçiriləcək görüşdə bölgədəki mövcud vəziyyət, iki ölkə arasında münasibətlərin regional təhlükəsizlik, sabitlik və rifah baxımından həlledici əhəmiyyəti, sərhəd ticarət mərkəzləri də daxil olmaqla, ticarət, enerji, nəqliyyat və bağlantılılıq sahələrində əməkdaşlığın gücləndirilməsi kimi məsələlər müzakirəsi gözlənilir.