Nazir ABŞ-la danışıqlar aparacaq
İranın xarici işlər naziri Abbas Əraqçi 17 fevralda Omanın vasitəçiliyi ilə İranın nüvə məsələsi ilə bağlı danışıqların keçiriləcəyi İsveçrəyə gedib. AYNA.AZ xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Xarici işlər naziri həmçinin İsveçrənin xarici işlər naziri, Omanın xarici işlər naziri, MAQATE-nin baş direktoru və İsveçrədə yerləşən beynəlxalq təşkilatların digər rəsmiləri ilə görüşəcək və danışıqlar aparacaq".