Baş nazir: “Qəzanın baş verdiyi ərazidə fövqəladə vəziyyət hökm sürür”
“Təyyarə istehsalçısı “Embraer”in nümayəndələrinin araşdırma aparmaq üçün Qazaxıstana gəlməsi gözlənilir”. AYNA qazax mediasına istinadən xəbər verir ki, bunu Qazaxıstan Baş naziri Oljas Bektenov hökumətin fövqəladə iclasında deyib.
Baş nazir qəzanın baş verdiyi ərazidə “fövqəladə vəziyyətin hökm sürdüyünü” bildirib.
Qeyd edək ki, Braziliyanın “Embraer” təyyarə istehsalı konsorsiumu Aktauda baş verən təyyarə qəzasından sonra rəsmi açıqlama verib. Təyyarə istehsalçısı səlahiyyətli orqanlara kömək etməyə hazır olduğunu bəyan edib. Bununla belə, şirkət tam məsuliyyətlə bəyan edib ki, məlum təyyarənin göyərtəsində uçuşlara mane olacaq heç bir qüsur olmayıb.