Əlilliyi olan şəxslərə 104 min reabilitasiya vasitəsi verilib

Xəbərlər

14.10.2025 - 12:59

5 min 900-ü təkərli oturacaq, 2 mini aşağı və yuxarı ətraf protezi, 4 min 900-ü əsa, qoltuqaltı və dirsəkaltı ağac olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan şəxslərə 104 min reabilitasiya vasitəsi verilib.

Nazirlikdən AYNA.AZ-a verilən məlumata görə, onlardan 5 min 900-ü təkərli oturacaq (o cümlədən 48-i mühərrikli təkərli oturacaq), 2 mini aşağı və yuxarı ətraf protezi, 4 min 900-ü əsa, qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 8 min 100 cüt protez və ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 418 korset və digər reabilitasiya vasitələri təqdim olunub.

Cari ilin 9 ayında əlilliyi olan 11 min 200 şəxs reabilitasiya vasitələri ilə təmin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş