Əli Əsədovdan Türkiyə şirkətlərinə çağırış

İqtisadiyyat

23.12.2025 - 12:17

Baş nazir Türkiyə şirkətlərini investisiya qoyuluşunda daha fəal olmağa çağırıb

“Ölkəmizin xüsusi iqtisadi zonalarında biznesin həyata keçirilməsi üçün hər cür əlverişli şərait yaradılıb”. AYNA.AZ xəbər verir ki, bu sözləri Azərbaycanın Baş naziri Əli Əsədov dekabrın 23-də Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

İnvestorlar üçün cəlbedici şərtlər təklif edən Ələt Azad İqtisadi Zonasını xüsusi vurğulayan Baş nazir bildirib: “Bir sıra Türkiyə şirkətləri artıq sözügedən xüsusi iqtisadi zonalarda fəaliyyət göstərir. Burada investisiya qoyuluşu üzrə əməkdaşlıq üçün yaxşı perspektivlər görürük. Odur ki, Türkiyə şirkətlərini daha fəal olmağa dəvət edirik”.

Birgə iştirak etdiyimiz qlobal layihələrin ticarət əlaqələrimizin inkişafında rolunu xüsusi qeyd edən Əli Əsədov deyib: “Ölkələrimizin ərazisindən keçən və təkcə regionumuz üçün deyil, həm də qlobal ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından strateji rol oynayan Orta Dəhlizin önəmi getdikcə artmaqdadır. Ticarətin asanlaşdırılması üzrə islahatlar Orta Dəhlizin rəqəmsallaşdırılmasını artırır, bu da öz növbəsində həm ölkələrimizin, həm də regionun yükdaşımaları və ticarət dinamikasına müsbət təsir göstərir. Son üç ildə Azərbaycan vasitəsilə Orta Dəhliz üzrə yükdaşımaların həcmi 90 faiz artıb”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş