İqtisadiyyatımız niyə geriləyir – <font color=red> ZİDDİYYƏT</font>

İqtisadiyyat

11.03.2020 - 22:10

Həkimlər Klinikalar SEO Xidməti

Ötən il iqtisadi inkişaf dinamikasında azalma baş verib

 

Ölkəmizdə ümumi daxili məhsulun (ÜDM) və iqtisadi artımın dinamikasını əks etdirən göstərici keçən ilin səviyyəsinə endi.  Maraqlıdır ki, bu proseslər idxal qiymətlərinin 26 faiz artması şəraitində baş verir.

 

Azərbaycanda son məhsul və xidmətlərin dəyəri hesabat ilində 2,2% artaraq 81 milyard 681 milyon manata (48 milyard dollar) çatıb. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə nominal ÜDM-in artımı daha yüksək olub və 15% təşkil edib - 2017-ci ilin makroiqtisadi göstəricisi ilə müqayisədə 6 milyard dollar artım deməkdir.

 

AYNA-ya bu barədə danışan iqtisadçı-ekspert Nemət Əliyevin sözlərinə görə, keçən il ÜDM-in artımı ötən ilə nisbətən 5 milyard dollar azalıb: “Ötən il iqtisadi inkişaf dinamikası ilə müqayisədə bir il əvvəl qeydə alınan ÜDM artımında altı dəfə azalma müşahidə olunur. Həqiqətən son üç ildə iqtisadi inkişafın göstəricilərinə diqqətlə baxsanız, Azərbaycanın nominal ÜDM-nin ötən il 48 milyard dollar, 2018-ci ildə 47 milyard dollar, 2017-ci ildə isə 41 milyard dollar səviyyəsində olduğunu görəcəksiniz. Bu da onu göstərir ki, iki il əvvəl ÜDM 6 milyard dollar artıb və keçən il onun artımı altı dəfə azalaraq 1 milyard dollara çatıb. Digər sözlə, 2018-ci ildə ÜDM-in artımı 6 milyard dollar səviyyəsində idisə,

Müəllif: Tanya Samsonova