Əli Əsədov Oleq Belozyorov ilə görüşüb

Xəbərlər

26.11.2025 - 19:47

Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Baş nazir Əli Əsədov bu gün "Rusiya Dəmir Yolları" ASC-nin baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov ilə görüşüb. AYNA.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

Görüş zamanı Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Nəqliyyat və logistika sahəsində əməkdaşlığa, o cümlədən dəmir yolları arasında qarşılıqlı əlaqəyə xüsusi diqqət yetirilib.

Regionun tranzit potensialının artırılması üçün birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd edilib. Bu kontekstdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi boyunca infrastrukturun inkişafı üzrə işlərin eyni vaxtda aparılması və bu marşrut üzrə yükdaşımanın sabit artımının təmin edilməsinin zəruriliyi vurğulanıb.

Görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov da iştirak edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş