Bakının bir hissəsi qazsız qaldı

Xəbərlər

08.08.2019 - 11:33

Bu müddət ərzində Xətai rayonu ərazisində qaz olmayacaq

 

Bu gün səhər saat 09.00-dan etibarən Qaz İxrac İdarəsinin balansında olan “Qazanlar-Keşlə” magistral qaz kəmərinin üzərində quraşdırma işləri, eləcə də digər qaz xətlərində birləşdirmə işləri icra olunacaq.

 

AYNA-ya bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Mətbuat xidmətindən məlumat verilib. 

 

Bildirilib ki, bu müddət ərzində Xətai rayonu, Gəncə, Babək prospektləri, S.Ə.Şirvani, Sarayev, M.Hadi, İ.Zülfüqarov, Sadıqcan, X.Məmmədov, H.Aslanov, M.Davud, Aşıq Qurban, Mingəçevir və Suleyman Əhmədov küçələrində, eləcə də NZS qəsəbəsi, Əhmədli kəndi və digər yerlərdə qaz təchizatı dayandırılıb.

Müəllif: Ayna.az