“Ekologiya postu”nun söküntüsünə başlanıldı – <font color=red> FOTOLAR</font>

Xəbərlər

02.06.2020 - 10:42

Söküntü işləri bir həftə ərzində yekunlaşcaq

 

Bakı-Sumqayıt yolu üzərində yerləşən, “Ekologiya postu” kimi tanınan Baş Dövlət Yol Polisi İdarəsinə aid post sökülür. AYNA-nın əməkdaşı xəbər verir ki, söküntü işlərinə bu gün səhər saatlarından başlanılıb.

 

Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin ağır texnikaları ərazidə işləyirlər. Postun binasının demək olar ki, yarısından çoxu sökülüb. Baş Dövlət Yol Polisi İdarəsindən AYNA-ya bildirilib ki, söküntü işləri bir həftə ərzində yekunlaşcaq. Bundan sonra orada yeni tikilmiş post binası istifadəyə veriləcək.

 

Qeyd edək ki, sökütnü Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri çərçivəsində həyata keçirilir. Sökülən postun arxasında yeni bina tikilib və yaxın günlərdə polislərin ixtiyarına veriləcək.

Müəllif: Ayna.az