Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 900-ə çatıb

Dünya

02.09.2025 - 18:45

Zəlzələ nəticəsində 3000-dən çox insan yaralanıb

Əfqanıstanın şimal-şərqində baş verən zəlzələ nəticəsində azı 900 nəfər ölüb, 3000-dən çox insan yaralanıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Əfqanıstanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli İdarəsinin sözçüsü Yusuf Hammad agentliyə bildirib ki, "bu rəqəmlər əhəmiyyətli dərəcədə arta bilər".

O həmçinin qeyd edib ki, bazar ertəsi gecə baş verən zəlzələ bəzi ərazilərdə sürüşmələrə səbəb olub, yolları bağlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş