Əfqanıstanda terror: 23 nəfər ölüb

Dünya

29.11.2020 - 15:38

Əfqanıstan Ordusunun xüsusi təyinatlı qüvvələrinin yerləşdiyi bina partladılıb

 

Əfqanıstanın Gəznə şəhərində terror aktı törədilib. AYNA xarici mediaya istinadən xəbər verir ki, terror aktı nəticəsində 23 nəfər həlak olub.

 

Gəznə vilayəti administrasiyasının nümayəndəsi Vahidullah Cumazadə bildirib ki, terror aktı zamanı Əfqanıstan Ordusunun xüsusi təyinatlı qüvvələrinin yerləşdiyi bina partladılıb.

 

Terrorçular bomba quraşdırılmış avtomobili binanın yanında saxlayıb və uzaqdan idarəetmə pultu ilə onu partladıblar. Bina dağılıb, nəticədə 23 nəfər ölüb, 16 nəfər isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb.

Müəllif: Ayna.az