Əfqanıstanda "Taliban"a məxsus avtomobil partlayıb, yaralananlar var

Dünya

10.01.2024 - 19:29

cedabet dərman SEO Xidməti

Partlayışda zərərçəkənlər xəstəxanaya yerləşdirilib

Əfqanıstanın şimal-qərbində yerləşən Herat şəhərində partlayış nəticəsində azı 8 nəfər xəsarət alıb.

AYNA xəbər verir ki, bu barədə “Hasht-e Subh” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, "Taliban"a məxsus avtomobilin yanında qumbara partlayıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Yerli hakimiyyət hələlik hadisə ilə bağlı şərh verməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş