Əbu-Dabidə üçtərəfli danışıqları ayrı-ayrı işçi qrupları davam etdirəcək

Dünya

04.02.2026 - 15:30

Rüstəm Umerov: “Bundan sonra mövqelərin birgə sinxronlaşdırılması planlaşdırılır"

Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə yeni başlayan üçtərəfli danışıqları ayrı-ayrı işçi qrupları davam etdirəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Kiyev nümayəndə heyətinin rəhbəri və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov deyib.

"Əbu-Dabidə danışıqların növbəti mərhələsi başlayıb. Danışıqlar prosesi üçtərəfli formatda - Ukrayna, ABŞ və Rusiyada başlayıb. Artıq iş ayrı-ayrı qruplarda davam edəcək və bundan sonra mövqelərin birgə sinxronlaşdırılması planlaşdırılır", - deyə o bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş