Düşmən mövqelərimizi yenidən atəşə tutub

Xəbərlər

26.08.2021 - 10:48

Həkimlər Klinikalar SEO Xidməti

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır

 

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub. Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 26-sı saat 02:25-dən 03:40-dək fasilələrlə Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

 

Cavab atəşilə qarşı tərəf susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş