İndiyədək təxminən 35 dünya lideri Sülh Şurasına daxil olmaq öhdəliyi götürüb
Vaşinqton tərəfindən dəvət edilən təxminən 50 ölkənin liderindən 35-i ABŞ-ın Qəzzanın idarəetməsi ilə bağlı təşəbbüsü olan Sülh Şurasına qoşulmaq niyyətini açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Prezident Donald Trampı Davos səfərində müşayiət edən Ağ Ev administrasiyasının yüksək vəzifəli nümayəndəsi deyib.
Bildirilib ki, indiyədək təxminən 35 dünya lideri Sülh Şurasına daxil olmaq öhdəliyi götürüb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də Sülh Şurasına daxil olmağa razılıq verən dünya liderləri sırasındadır.