Dünyada koronavirusa yoluxanların sayı 4,5 milyonu ötüb

Dünya

16.05.2020 - 02:45

cedabet Klinikalar SEO Xidməti

Koronavirus can almaqda davam edir 

 

Dünyada koronavirusdan 304 mindən çox insan ölüb.

 

AYNA xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanları, KİV və başqa mənbələrlə hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

 

Universitetin məlumatına görə, dünyada koronavirusa yoluxma hallarının ümumi sayı 4,5 milyonu ötüb.

 

“Dünyada koronavirusa yoluxma hallarının ümumi sayı 4 500 476 təşkil edir. COVID-19 yoluxmadan sonra 304 631 insan öldü”, - deyə xəbərdə bildirilir.

 

Ayrı-ayrı ölkələrdə koronavirusdan sağalanların ümumi sayı 1,6 milyon nəfəri ötüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş