Koronavirusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir
Dünyada koronavirusa yoluxanların ümumi sayı 20 173 864 nəfərdir, 736 307 xəstə dünyasını dəyişib. AYNA bildirir ki, bu barədə “worldometers”də məlumat verilib.
Hazırda bütün dünyada 6 440 686 aktiv koronavirus xəstəsi var ki, onlardan da 64 740-nın vəziyyəti ağır qiymətləndirilir.
İndiyədək 12 996 871 nəfər koronavirusdan sağalıb.