Dövlət Departamenti ABŞ qoşunlarının Suriyadan çıxarılması planını təkzib edib

Dünya

30.01.2024 - 14:43

cedabet dərman SEO Xidməti

“İstanbulda kilsəyə hücum ABŞ və Türkiyə üçün əməkdaşlığın gücləndirməsinin indi həmişəkindən daha vacib olduğunu göstərir”

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland ABŞ ordusunun Suriyadan çıxarılması ilə bağlı planın olduğu barədə məlumatları təkzib edib. AYNA xəbər verir ki, Nuland “CNN Türk”ə müsahibəsində İstanbulda kilsəyə İŞİD tərəfindən hücum faktını göstərib və deyib: “Bu, İŞİD-in bir çox yerlərdə hələ də aktiv olduğunu və tərəflər hər zaman razılığa gəlməsə belə, ABŞ və Türkiyə üçün əməkdaşlığın gücləndirməsinin indi həmişəkindən daha vacib olduğunu göstərir. Biz bununla necə mübarizə aparılmalı olduğunu anlamalıyıq”.

“Bizim bir-birimizə ehtiyacımız var", deyən Nuland ABŞ və Türkiyənin Suriyada gələcək fəaliyyətləri öz maraqlarına əsaslanaraq müzakirə etdiklərini açıqlayıb.

Qeyd edək ki, daha əvvəl "Foreign Policy" jurnalı yazıb ki, ABŞ hakimiyyəti hərbi kontingenti saxlamaq üçün heç bir ehtiyac olmaması səbəbindən Suriyadan qoşunların çıxarılmasını müzakirə edir. Bununla belə, Pentaqonun yüksək rütbəli rəsmisi bu cür xəbərləri “etibarsız” adlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş