DİN vətəndaşlara tibbi maskalarla bağlı müraciət etdi

Cəmiyyət

08.05.2020 - 12:07

Həkimlər Klinikalar SEO Xidməti

İnsanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq vacibdir

 

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il mayın 1-dən ölkə ərazisində xüsusi sanitar rejim tətbiq edilir.

 

AYNA xəbər verir ki, bu sözlər Daxili İşlər Nazirliyinin (DİN) vətəndaşlara növbəti müraciətində əksini tapıb. Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, dövlətin həyata keçirdiyi əlaqədar tədbirlərdən irəli gələn tələblərə vətəndaşlar tərəfindən ümumən əməl edilsə də, son günlər ictimai yerlərdə tibbi maskadan istifadə edilməməsi, sosial məsafənin gözlənilməməsi kimi infeksiyanın yayılmasına şərait yaradan halların artması müşahidə edilir.

 

“Vətəndaşlardan evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmək tələb olunur" – deyə, açıqlamada qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş