Azərbaycandakı məşhur şirkət ətrafında qalmaqal yaşanır

Cəmiyyət

31.10.2019 - 13:29

“İsveçrə səfirliyinin önündə piket keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyi düşünürük”

 

“Holcim Azərbaycan” ASC-dən şikayətçi olan bir qrup şəxs AYNA-ya müraciət edib. Onların sözlərinə görə, “Holcim Azərbaycan” ASC uzun müddətdir ki, onları aldadır və səhmlərini verməkdən imtina edir.

 

“Biz aprel ayından bəri “Holcim”lə mübarizə aparırırq. Dəfələrlə təkliflərimizi bildirsək də, bizimlə razılaşmırlar. Şirkətin yüksək gəliri olsa da, bizim səhmlərimizi verməkdən imtina edirlər. Onların illik hesabatında göstərilir ki, şirkət kifayət qədər gəlirə malikdir. Lakin “Holcim”in Müşahidə Şurası bizə pul verməmək barəsində qərar çıxarıb”, - deyə şikayətçilər bildiriblər.

 

“Əlimizdə kifayət qədər əsas yoxdur. Lakin onların maxinasiyaları ilə bağlı olaraq bizim şifahi faktlarımız var. Bununla bağlı olaraq onlara xəbərdarlıq da etmişik. Amma bununla kifayətlənmək istəmirik. İsveçrə səfirliyinin önündə piket keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyi düşünürük”, - vətəndaşlar vurğulayıblar.

Mərahim Nəsib