Dənizdə batan azyaşlının axtarışları davam edir

Hadisə

26.08.2021 - 11:06

Dördüncü sinif şagirdinin axtarışları hələlik nəticə verməyib

 

Sumqayıt şəhərinin dəniz sahilində (nəzarətsiz ərazidə) bir azyaşlı batıb. Avqustun 25-də baş verən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. AYNA nazirliyin saytına istinadən bildirir ki, hələlik axtarış tədbirləri nəticəsiz qalıb.

 

Sumqayıt Şəhər Polis İdarəsi dənizdə batan azyaşlının şəxsiyyətini açıqlayıb. Məlum olub ki, həmin şəxs 13-cü mikrorayon sakini, IV sinif şagirdi Qələndərov Hüseyn İzmir oğludur. Onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az