"Dəniz kuboku"nun püşkatma mərasimi keçirilib

Xəbərlər

22.08.2021 - 14:39

Azərbaycan müsabiqədə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri ilə təmsil olunur

 

"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən “Dəniz kuboku” müsabiqəsinin püşkatma mərasimi keçirilib.

 

Müdafiə Nazirliyindən AYNA-ya bildirilib ki, püşkatmanın nəticəsinə əsasən yarışacaq komandaların müsabiqənin mərhələ və epizodlarının icrası üzrə sıralanması müəyyənləşdirilib.

 

Avqustun 25-dən başlayacaq müsabiqədə hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayacaq.

 

Qeyd edək ki, Azərbaycan müsabiqədə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri ilə təmsil olunur.

Müəllif: Ayna.az