Danimarka “Şimal axını” ilə bağlı Rusiyanın hüquqi yardımından imtina edib

Dünya

13.12.2023 - 11:37

cedabet dərman SEO Xidməti

Zaxarova: “Təxribatın təhqiqatına hüquqi yardım göstərilməsi ilə bağlı müraciətə rədd cavabı almışıq”

Danimarka dekabrda Rusiyanın “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində fövqəladə vəziyyətin araşdırılmasında hüquqi yardımından imtina edib. AYNA rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Biz dekabr ayında Danimarkadan bu ölkənin Baş Prokurorluğundan Rusiya Federasiyası Baş Prokurorluğunun qaz kəmərlərində təxribatın təhqiqatına hüquqi yardım göstərilməsi ilə bağlı müraciətinə rədd cavabı almışıq”, - diplomat bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Rusiya qaz kəmərlərinin zədələnməsini dövlət terroru aktı adlandırmışdı. Onun sözlərinə görə, rəqibləri sıradan çıxarmaq və üstünlük əldə etmək üçün Rusiyaya qarşı ədalətsiz rəqabət üsullarından istifadə olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş