Hazırda həkimin vəziyyəti orta ağırdır
Azərbaycanda daha bir tanınmış həkimdə COVID-19 aşkarlanıb. AYNA-nın “Report”a istinadən xəbərinə görə, A.H.Kazımov adına 1 saylı Şəhər Poliklinikasının baş həkiminin müalicə işləri üzrə müavini Nərmin Qasımova koronavirusa yoluxub.
Hazırda həkimin vəziyyəti orta ağırdır. O, xəstəxanada müalicə olunur.
Qeyd edək ki, N.Qasımova 2002-ci ildən Səbail rayonunda yerləşən A.H.Kazımov adına 1 saylı Şəhər Poliklinikasının baş həkiminin müalicə işləri üzrə müavini vəzifəsində çalışır.