Daha bir məktəb koronavirusa görə bağlanıb

Cəmiyyət

27.02.2021 - 22:14

Həkimlər Klinikalar SEO Xidməti

Məktəbin 9-cu sinif şagirdlərində koranovirus infeksiyası aşkarlanmışdı

 

Mingəçevirdə 1 saylı tam orta məktəbin fəaliyyəti dayandırılıb. AYNA-nın APA-ya istinadən məlumatına görə, məktəbdə tədris proqramı koronavirus səbəbindən müvəqqəti olaraq onlayn sistemdə keçiriləcək. 

 

Qeyd edək ki, bir qədər əvvəl məktəbin 9-cu sinif  şagirdlərində koranovirus infeksiyası aşkarlanmışdı. Bununla əlaqədar həmin sinfə məhdudiyyət tətbiq edilmişdi. 

 

Koronavirus infeksiyasının digər şagirdlərə yayılmasının qarşısını almaq məqsədilə məktəb üzrə tədrisin onlayn keçirilməsi nəzərdə tutulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş