Daha bir avtomobil nəhəngi işçilərini ixtisar edib

Dünya

29.05.2020 - 15:58

“Renault” 2 milyard avroya qənaət etmək niyyətindədir

 

Dünyanın nüfuzlu avtomobil şirkətlərindən biri olan “Renault” 15 min işçisini ixtisar edəcəyini bəyan edib. AYNA xarici mediaya əsasən xəbər verir ki, şirkət ixtisar qərarına koronavirus pandemiyasına görə gəlirlərinin kəskin azalması və 2 milyard avroya qənaət etmək səbəbi ilə gəlib.

 

"Bu plan vacibdir", şirkətin müvəqqəti rəhbəri Klotilde Delbos bildirib. O deyib ki, “Renault” daha gəlirli avtomobil modellərinə diqqət yetirmək qərarına gəlib. Məlumata görə, təkcə şirkətin Fransadakı zavodunda 4600 iş yeri ixtisarı olacaq və artıq bu barədə həmkarlar ittifaqları ilə danışıqlara başlanılıb.

 

Bildirilir ki, “Renault”un strateji tərəfdaşı “Nissan” artıq böyük iş ixtisarlarını açıqlayıb. “Nissan” İngiltərədəki zavodunu dəstəkləyir, lakin qarşılığında İspaniyadakı işçilərini ixtisar edir. Buna görə, artıq ölkədə etirazlar başlayıb. Fransa avtomobil sənayesi üçün 8 milyard avro xilasetmə planını açıqlayan “Renault”, Rumıniya və Mərakeşdə də işini donduracaq.

 

Fransız avtomobil şirkəti qlobal istehsal gücünü 2024-cü ildə 4 milyondan 3,3 milyon nəqliyyat vasitəsinə qədər artırmağı planlaşdırır. Artıq kiçik mikroavtobuslar və ya elektrikli avtomobillər kimi sahələrə üstünük verməyi düşünür.

Müəllif: Ayna.az