Dağlıq rayonlarda şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Xəbərlər

22.12.2024 - 11:17

Həkimlər Klinikalar SEO Xidməti

Ölkə ərazisində müşahidə olunan hava şəraiti açıqlanıb

Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

AYNA xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, Naftalan, Şəmkir, Şamaxı, Qobustan, Göyçay, Zərdab, Lerikdə duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Aran rayonlarında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Naxçıvan MR-da 4, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş