Ayaz Quliyevin “Spartak”la yolları ayrılır

İdman

12.05.2021 - 00:27

Klub yarımmüdafiəçi ilə müqaviləsinə xitam verdiyini açıqlayıb.

 

Moskva “Spartak”ı Azərbaycan əslli yarımmüdafiəçi Ayaz Quliyevlə müqaviləsinə xitam verdiyini açıqlayıb. AYNA-nın xəbərinə görə, klubun Mətbuat Xidmətindən bildirilib ki, müqavilə tərəflərin razılığına əsasən ləğv olunub.

 

Beləliklə də, “Spartak” öz yetirməsini azad agent kimi sərbəst buraxıb.

 

Qeyd edək ki, 24 yaşlı Quliyev “Spartak”ın futbol məktəbinin məzunudur. 2018-ci ilin yayında o, 500 min avro qarşılığında “Rostov” klubuna keçib. Altı ay sonra isə “Spartak” komandası oyunçunu 1 milyon avroya geri qaytarıb.

Müəllif: Ayna.az